"Türkiyə Liviyaya silah sataraq sanksiyaları pozub" - BMT-dən İDDİA

BMT tərəfindən 2011-ci ildən Liviyaya tətbiq edilən sanksiyaları Türkiyə, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) davamlı olaraq pozduqları iddia edilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, BMT mütəxəssislərinin hazırladığı hesabata görə, bu 3 ölkə daimi şəkildə Liviyaya silah tədarük edirlər. Hesabatda Fayiz əl-Sərrac hökümətinə dəstək verən Türkiyənin Liviyaya zirehli maşınlardan dronlara qədər müxtəlif hərbi təchizat tədarük etdiyi bildirilib.

İordaniya isə aprel ayında Liviyanın paytaxtı Trablusa hücum əmri verən general Xəlifə Xəftərin birliklərinə təlim keçməklə günahlandırılıb. Digər Xəftər dəstəkçisi BƏƏ-nin isə Xəftərin birlikləri adından hərbi təyyarələr istifadə etdiyi iddia edilib. BƏƏ həmçinin iyul ayında Trablusda təxminən 50 nəfərin pldürü hücumda da şübhəli qismindədir.

Oktyabrın 29-da BMT Təhlükəsizlik Komitəsinə verilən hesabatda "Müharibə edən hər iki tərəfin silah, hərbi təchizat və texniki dəstək aldığı, Liviyalı olmayan döyüşçülərin silahlarla bağlı sanksiyalara uymadığı" qeyd edilib.

https://metbuat.az/news/1287049/bu-gun-ankarada-suriya-muzakire-edilecek.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR