Azərbaycanla İndoneziya arasında birbaşa aviareysin açılması təklif olunur

Azərbaycanla İndoneziya arasında birbaşa aviareysin açılması təklif olunur
12:27 8 Noyabr 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla İndoneziya arasında birbaşa avireyslərin həyata keçirilməsini istəyirik”.
Bunu "Report"a açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani deyib. 
Onun sözlərinə görə, İndoneziyadan Azərbaycana səfər edənlərin sayı ilbəil artır: “Belə ki, bu il təxminən 6 mindən çox insan İndoneziyadan Azərbaycana səfər edib, ötən il isə bu rəqəm 4 min nəfər olub. Bu ilin 10 ayında isə Cənubi Qafqazdan is 2 min insan İndoneziyaya səfər edib. Azərbaycanla birbaşa aviareyslən olmadığına görə, indoneziyalılar Azərbayacana əsasən Türkiyə və Rusiyadan keçməklə gəlirlər". 
Səfir vurğulayıb ki, noyabrda İndoneziyadan Azərbaycana səfər edənlərin sayının artacağını gözlənilir: “Çünki indonozeyalı film prodüsseri Azərbaycanda “Leyla və Məcnun” filmini çəkəcək. Belə ki, Leyla rolunun ifaçısı İndoneziyadan, Məcnun rolunun ifaçısı isə Azərbaycandan olacaq”. 


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/azerbaycanla-i-ndoneziya-arasinda-birbasa-aviareys-acila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR