Agentlik tibb müəssisələrində kadr məsələləri ilə bağlı təlimlərə başlayıb (FOTO)

Agentlik tibb müəssisələrində kadr məsələləri ilə bağlı təlimlərə başlayıb (FOTO)
12:43 8 Noyabr 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Quba rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Kadr məsələlərinin tənzimlənməsi” mövzusunda təlim keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, təlimdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, AğsuXızı rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin kadr məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər.

Təlim tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi ilə bağlı məsul əməkdaşları kadrlar sahəsində fəaliyyətlərinin təşkilinə dair məlumatlandırmaq və təlimatlandırmaq məqsədi ilə təşkil olunub.

Təlimdə Agentliyin yaradılması, fəaliyyəti, icbari tibbi sığorta ilə bağlı ümumi məlumatlar və tibb müəssisələrində insan resurslarının idarə edilməsi prosesinin təşkili istiqamətində mövcud qanunvericilik üzrə tövsiyələr verilib.

Bu istiqamətdə təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3145971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR