Şenol Günəş karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Şenol Günəş karyerasını bitirəcəyi vaxtı açıqlayıb
12:52 8 Noyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş karyerasını başa vuracağı tarixi açıqlayıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra məşqçi karyerasını bitirəcəyini bildirib. O, yığmanın son olaraq 2002-ci ildəki mundiala qatıldığını xatırladıb: "Həmin vaxt 48 il sonra dünya çempionatına iştirak etdik. Ümid edirəm ki, 2022-ci ildə də qatıla bilərik. Bu, mənim üçün final olacaq. Mətbuatdakı dostlara da manşet olsun".
Qeyd edək ki, Şenol Güneş 2000 - 2004-cü illərdə də Türkiyə millisinin baş məşqçisi olub. Yığma onun rəhbərliyi altında 2002-ci il dünya çempionatının bürünc mükafatını qazanıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/senol-gunes-karyerasini-bitireceyi-vaxti-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR