Robert Koçaryan Nikol Paşinyanı ittiham edib: “Ya məsuliyyətsizdirlər, ya da ələ alınıblar”

Robert Koçaryan Nikol Paşinyanı ittiham edib: “Ya məsuliyyətsizdirlər, ya da ələ alınıblar”
13:07 8 Noyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

“Təhlükəsizlik sahəsində Ermənistan üçün Rusiya ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır və alternativi yoxdur. Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını israr edən siyasilər ya məsuliyyətsizdirlər, ya da ələ alınıblar”.
“Report” xəbər verir ki, bunu hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyəti ilə bağlı sualı cavablandıran keçmiş prezident deyib: “Baş nazir Nikol Paşinyan Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxmasını tələb edən təcavüzkar, terrorçu kimi tanınan partiyanı (“Sansna srerr 2016-cı ilin yayında Yerevanda polis polkunu ələ keçiriən silahlı təşkilat-red.) dəstəkləyir. Faktiki olaraq, baş nazirin sosial bazası açıq-aşkar qərbyönlülərdən ibarətdir.
Bu səbəbdən Rusiya ilə hərtərəfli əməkdaşlığın tərəfdarı olan partiyalar, siyasətçilər mövcud hakimiyyətə inanmadıqlarından onu dəstəkləmirlər. Hakimiyyətin qərbyönlü siyasi baxışları Rusiyanın enerjidaşıyıcıları və bazarından asılığı ilə toqquşur.
Mənzərə doğurdan paradoksaldr. “Haçalanmış geopolitika”nın davam etməsi müddəti hakim elitanın konyuktur vəziyyətindən asılıdır.
Nəticədə Ermənistan konseptual proqramsız, birgünlük qayğılar rejimində, boş mənasız şüarlar və xarici siyasi kursu boyalanmış halda yaşayır”.
Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan R.Koçarya bildirib: “Ermənistan tərəfinin səhvi ucbatından danışıqlar prosesində bizim mövqeyimiz zəifləyib. Baş nazirin “Qarabağ – Ermənistandır, vəssalam!” bəyanatı danışıqlar prosesində müqqəddəratın təyini prinsipini məcrasından çıxardı. Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin ayaqüstü təmasları faktiki olaraq Vyana və Sankt-Peterburqda əldə etdiyimiz vacib razılaşmaları sıfıra endirib. Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatı, münaqişənin tənzimlənməsində aydın mövqe formalaşdıra bilməməsi erməni tərəfinin konsturktivliyini şübhə altına salıb”.
“Ermənistan ağlara və qaralara bölünməklə pis ssenarilərə hazırdırmı” sualına cavabında Ermənistanın keçmiş prezidenti deyib ki, ölkənin təhlükəsizliyi silahlı qüvvələrin hazırlığından, silahların sayı və keyfiyyətindən asılı deyil: “Cəmiyytin ovqatı, milli məsələlər ətrafında konsensus vacib amillərdəndir. Ölkə ictimaiyyəti indiki kimi ziddiyyətli vəziyyətdə heç vaxt olmayıb”.
O Qarabağdakı erməni separtçı rejimilə rəsmi Yerevan arasındakı mürəkkəb münasibəti vurğulayaraq Ermənistan ordusu generallarının alçaldılmasını cəmiyyətin vətənpərvərlik hisslərinə zərbə kimi qiymətləndirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/robert-kocaryan-nikol-pasinyani-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR