Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb
13:17 8 Noyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 1-də Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan başqa, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonunun Azadlıq prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Ləman İsmayılova vurulub və o, xəstəxanaya yerləşdirilib. 
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayon sakini M.İsmayılov saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadini-avtomobille-vuraraq-qacan-surucu-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR