Xaçmazda keçmiş məhkum evə basqın edib

Xaçmazda keçmiş məhkum evə basqın edib
13:22 8 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN-in “102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş verən quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.
Müraciətlə əlaqədar dərhal Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırılmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girən maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xacmazda-kecmis-mehkum-eve-basqin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR