Özündən 48 yaş böyük kişiyə ərə gedən aktrisa haqqında ŞOK İDDİA - Azərbaycanda oğurluq etdi

Özündən 48 yaş böyük kişiyə ərə gedən aktrisa haqqında ŞOK İDDİA - Azərbaycanda oğurluq etdi
13:38 8 Noyabr 2019
157 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-a köçərək orada özündən təxminən 48 yaş böyük kişi ilə ailə quran aktrisa Məltəm Miraloğlunun bir neçə il əvvəl Azərbaycanda oğurluq etdiyi üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son vaxtlar gündəmdən düşməyən kino ulduzu haqqında yeni iddia irəli sürülüb. Musiqiçi Onur Akay “Gel konuşalım” verilişinə zəng edərək Məltəm Miraloğlunun əvvəlcə Azərbaycana getdiyini, sonra isə Amerikaya qaçdığını bildirib. İddiaya görə, Azərbaycanda film qalasında iştirak edən 32 yaşlı aktrisa oğurluq edib. Elə bu səbəbdən də o, Amerikaya qaçmağa qərar verib.

Musiqiçinin sözlərinə görə, aktrisa Amerikada keçmiş sevgilisi tərəfindən döyülməyib. Məlum olub ki, Məltəm alkoqol asılılığından əziyyət çəkib, qısqanclıq səbəbilə dava salıb. Onur Akay aktrisanın içkisinə 200-dən çox həb ataraq intihara cəhd etdiyini də açıqlayıb.

O, eyni zamanda Məltəmin süni mayalanma yolu ilə uşaq sahibi olmaq istəyinə də münasibət bildirib:

“Amerikadakı qoca kişilər müəyyən yaşdan sonra özlərini sonsuz edir. Patrik özünü sonsuz edib və uşaqların olması ehtimalı yoxdur".

Xatırladaq ki, Miraloğlu "Hayat devam ediyor" serialında yaratdığı 15 yaşında bir qızın 70 yaşında kişi ilə evlənməyə məcbur edilən obrazı ilə məşhurluq qazanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/295531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR