“Bu, Prezidentimizin bayrağa olan sevgisindən irəli gəlir”

“Bu, Prezidentimizin bayrağa olan sevgisindən irəli gəlir”
14:12 8 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

“Ölkə Prezidentinin sərəncamı ilə 2009-cu ildən etibarən noyabr ayının 9-u  Bayraq Günü qeyd olunur. Bu, ölkə başçısının Azərbaycanın dövlət rəmzlərinə, o cümlədən Azərbaycanın dövlət bayrağına olan sevgisindən irəli gəlir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
“Bayraq hər bir dövlətin qürur mənbəyidir, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçrəngli bayraqla qürur duyur. 9 noyabrın Bayraq Günü elan olunması hamımızın ürəyindəndir. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın bir çox yerində, müxtəlif beynəlxalq təşkilatlarda dalğalanır. Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan günü-gündən inkişaf edir, güclənir. Aprel döyüşlərində də Azərbaycan Ordusunun gücü göründü. Bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə bitdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Lələtəpə yüksəkliyi və bir çox digər ərazilərimiz düşmən işğalından azad olundu, bayrağımız həmin ərazilərdə dalğalanmağa başladı. Torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o yerlərdə də bayrağımızın dalğalanacağına inanıram”.

Cavid Osmanov

Deputat Cavid Osmanov: 

"Torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o yerlərdə də bayrağımızın dalğalanacağına inanıram".
Deputat Naqif Həmzəyev isə "Report"a açıqlamasında xatırladıb ki, Azərbaycan Respublikasının bayrağı Azərbacan Xalq Cümhuriyyəti dövründə ilk dəfə Gəncə şəhərində dalğalanıb:
“İyun ayının 16-da Milli Şura Gəncəyə köçürüldükdən sonra 21 iyunda Azərbaycan Respublikasının bayrağı qəbul edildi. Onda bayrağımız qırmızı rəngdəydi və üzərində aypara, 8 guşəli ulduz var idi. Lakin Bakı işğalçılardan azad olduqdan sonra ilk dəfə 9 noyabr tarixində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının yerləşdiyi binada dalğalandı. Həmin dövrdə üçrəngli bayraq qəbul edilmişdi. Şərqdə ilk demokratik respublikanın üçrəngli bayrağının hər bir rənginin anlamı var. Təəssüflər olsun ki, Azərbaycan işğal olduqdan sonra bu bayraq istifadə edilmədi, Sovetlər dövründə Azərbaycan Respublikasının başqa bayrağı oldu. Lakin, 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yenidən üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasında dalğalandı və qəbul edildi. Sonradan - 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağı Azərbaycan Respublikasının bayrağı olaraq qəbul edildi. O gündən indiyə qədər üçrəngli bayrağımızın altında şərəflə müxtəqillik dövrümüzü yaşayırıq. Prezidentimizin sərəncamı ilə 2009-cu il etibarən hər il noyabr ayının 9-da Bayrağı Günü qeyd olunur. Bu çox təqdirəlayiq bir haldır. Çünki bayraq müstəqliyyin əsas əsas rəmzlərindən biridir. İnanıram ki, tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik və üçrəngli bayrağımız Qarabağ torpaqlarında da yüksələcək”.

Naqif Həmzəyev

Deputat Naqif Həmzəyev: 

"Azərbaycan Respublikasının bayrağı Azərbacan Xalq Cümhuriyyəti dövründə ilk dəfə Gəncə şəhərində dalğalanıb"
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bu-prezidentimizin-bayraga-olan-sevgisinden-ireli-gelir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR