Fransa kanalında Azərbaycan mahnıları oxunacaq

Fransa kanalında Azərbaycan mahnıları oxunacaq
14:37 8 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Fransanın "Mezzo" klassik musiqi televiziya kanalında Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifaları yenidən təqdim olunacaq.

Dekabr ayının 5-dək mütəmadi olaraq təkrarlanacaq konsertin növbəti  yayımı Bakı vaxtı ilə  noyabrın 8-i saat 22: 10 -da ,9 noyabr tarixində isə 14:00-da nümayiş olunacaq.

Konsertlə bağlı telekanal  öz efirində və sosial şəbəkə hesablarında anonslar təqdim edir.

Diqqətə çatdırmaq istərdik ki, Murad Hüseynov Fransanın məşhur "Mezzo" telekanalında çıxış edən ilk azərbaycanlı ifaçıdır. Xalq artisti dünya şöhrətli  violin ifaçısı Vadim Repin ilə birlikdə dünya şöhrətli  bəstəkar Qara Qarayevin sonatasını və fortepiano üçün yazılmış 24 prelüdünü səsləndirəcək. Əsərlər Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə bəstəkarın 100 illik yubileyi ərəfəsində lentə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/800674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR