Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış: ölən var

Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış:  ölən var
15:05 8 Noyabr 2019
84 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Kaxeti rayonunun Telavi şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl baş vermiş partlayış zamanı bir nəfər həlak olub. Məlumata görə, məntəqəyə daxil olan minik maşınında baş verən yanğın partlayışa səbəb olub. Avtomobilin sürücüsü hadisə yerində həlak olub.

Əraziyə yanğınsöndürən maşınlar və polis patrul xidmətinin əməkdaşları səfərbər olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR