Narkobaronun oğlunu həbs edən polis küçənin ortasında güllələndi - VİDEO

Narkobaronun oğlunu həbs edən polis küçənin ortasında güllələndi - VİDEO
15:05 8 Noyabr 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın "El Çapo" ləqəbli narkobaronu Xoaquim Qusmanın oğlunu həbs edən polis küçənin ortasında güllələnib.

Milli.Az xəbər verir ki, Meksikanın Kuliakan şəhərində narkotacirin oğlu Ovidio Quzman Lopesi həbs edən polislərdən biri gündüz vaxtı avtomobil dayanacağında güllələnib. Adı açıqlanmayan polis əməkdaşına 150 güllə vurulduğu bildirilir.

Qeyd edək ki, "Sinalao" adı ilə tanınan narkotik mafiyasının lideri "El Çapo"nun oğlu 17 oktyabr tarixində həbs olunmuşdu. Bundan sonra şəhərdə təhlükəsizlik qüvvələri ilə mafiya üzvləri arasında döyüşlər başlayıb. Olayların şiddətlənməsindən sonra Meksika prezidenti Andres Manuel Lopes Obrador şəhərin təhlükəsizliyini təmin etmək üçün "El Çapo"nun oğlunu azad etmişdi.

Elçin Əlixan
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR