Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub
15:22 8 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu bəlli olub.
“Report” xəbər verir ki, bu ada IV turda “Real Madrid”in Türkiyə təmsilçisi “Qalatasaray”ı İspaniyada 6:0 hesabı ilə məğlub etdiyi görüşdə 3 qol vuran Rodriqo layiq görülüb. 18 yaşlı braziliyalı hücumçu azarkeşlər arasında aparılan səsvermədə mərakeşli Əşrəf Hakimi (Dortmund “Borussiya”sı, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Mini (“Tottenhem”, İngiltərə) qabaqlayıb.
Qeyd edək ki, Rodriqo “Qalatasaray”la matçda ÇL-in tarixində ən erkən dublun müəllifi olub. O, 6 dəqiqə 4 saniyə ərzində rəqibi 2 dəfə məyus edib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-heftenin-oyuncusu-belli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR