Bakı-Gəncə istiqamətində əlavə qatar təyin edilib

Bakı-Gəncə istiqamətində əlavə qatar təyin edilib
15:42 8 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” QSC 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək üçün əlavə qatar təyin edib.
"Report" quruma istinadən xəbər verir ki, noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.
Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə hərəkət edəcək. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq.
Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-gence-istiqametinde-elave-qatar-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR