Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb

Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb
15:52 8 Noyabr 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, şərti adı "B3" olan metro stansiyasının tikintisi başa çatdırılıb və gələn ilin ortalarında tamamlama işləri aparılacaq:

"Bu stansiyadan sonra yeni olan "Bənövşəyi xətt" üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq. Ümumilikdə bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR