Narkobaronun oğlunu tutduğu üçün polisə 150 güllə vuruldu -

Ötən ay “El Çapo” ləqəbli meksikalı narkobaron Coaqin Quzmanın oğlu Ovidio Quzman Lopezi həbs edən polis vəhşicəsinə qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, narkobaronun dəstə üzvləri olan iki nəfər avtomobildən düşməyə çalışan polis əməkdaşına 30 saniyə boyunca dayanmadan atəş açıb. Məlumatda bildirilib ki, ümumilikdə polisə 150 güllə atılıb.

Qeyd edək ki, ötən ay saxlanılan narkobaronun oğlu bir neçə gün sonra azadlığa buraxılmışdı.

https://metbuat.az/news/1287221/hamile-qalan-mekteblinin-basinin-kesilmesi-ile-bagli.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR