Təsərrüfatlardakı heyvanların yırtıcılardan qorunması üçün elektrik çəpərlərdən istifadə oluna bilər

Təsərrüfatlardakı heyvanların yırtıcılardan qorunması üçün elektrik çəpərlərdən istifadə oluna bilər
16:01 8 Noyabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Təsərrüfatlardakı heyvanların yırtıcılardan qorunması üçün elektrik çəpərlərdən istifadə oluna bilər.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır. Bunun səbəbi yırtıcıların yem bazasının azalması, qida tapmaq üçün axtarışa çıxması və daha çox qida əldə etməyə çalışmasıdır.

H.Əlizadə deyib ki, yırtıcıların hücumunun artmasının səbəbi heç də canavarların sayının çox olması ilə bağlı deyil: "Zoologiya İnsitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox fərqli deyil. Canavarların heyvanlara hücum etməsini digər səbəbi yaşayış məntəqələrinin sayının artması və insanların evlərinin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır. Əslində, kənd təsərrüfatı heyvanları qapalı şəraiti saxlanılmalıdır. Amma Azərbaycanda heyvanlar açılıb buraxılır, heyvanlar meşələrə girir və onları canavarlar yeyir. Ən son hadisəni nümunə göstərim. Zaqatalada canavaın qoyunlara etdiyi hücumla bağlı araşdırma apardıqda məlum oldu ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyub gediblər və heyvan yiyəsiz qalıb".

H.Əlizadə canavarların yemsiz qalmasının qarşısını almaq üçün meşələrə onlar üçün yem qoyulmasını da effektiv saymayıb: "Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də onlar üçün meşələrə yem qoymağı effektiv saymıram. İnsanlar daha məsuliyyətli olmalıdır. Heyvanları qorumaq üçün elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatarsa o zaman dövlət tərəfindən onun tənzimlınməsi məsələsinə müdaxilə oluna bilər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3146146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR