İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb
16:17 8 Noyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 16-21, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti təşkil edəcək.




Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/i-stirahet-gunlerinin-hava-proqnozu-aciqlanib1412223

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR