“Sizin torbanızı mən tikmişəm?” - Tolikdən Əkizlərə

“Sizin torbanızı mən tikmişəm?” - Tolikdən Əkizlərə
16:27 8 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənnilər Sevil, Sevinc bacıları və prodüser Tarix Əliyev (Tolik) "5/5" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqram zamanı Tolik "Hər şey daxil" verilişindən əkizlərin ayrılması ilə bağlı danışıb.

"Mənim adım bəddamdır. Əkizlər çıxdı bu verilişdə dedi ki, torbamızı tikən tikib. Sizin torbanızı mən tikmişəm? O vaxtdan ürəyimdə qalıb. Niyə elə dediniz" deyə, bacılara sual ünvanlayıb.

İfaçılar isə "Efir elədir ki, zarafatla elə deməlisən ki, saytlara, tamaşaçılara maraqlı olsun. Bizim torbamızı o, tikməyib" sözləri ilə cavab verib.

"İki milyon izləyicinizin 1milyon 800 mini mənə elə qarğış edirdi ki, səhər evdən çıxanda düşünürdüm ki, öləcəm" deyə, Tolik iradını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/800800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR