Azərbaycanda arı ailələrinin sayı 500 mini keçib

Azərbaycanda arı ailələrinin sayı 500 mini keçib
17:07 8 Noyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

"Bu ilin sonuna qədər ölkədə arı ailələrinin sayının 419 minə çatacağı planlaşdırılırdı, amma noyabrın 1-nə bu rəqəm 520 min olub. Bu isə 6 min ton bal əldə edilməsi deməkdir”.
Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Gəncədə yerləşən Arıçılıq” Mərkəzinin rəisi Allahverdi Seyidov deyib. 
Onun sözlərinə görə, gələn il arı ailələrinin sayının 600 mini keçəcəyi gözlənilir.
"Arıçılıq Mərkəzi 2015-ci ildə yaradılıb. Həmin vaxt Azərbaycanda 120 min arı ailəsi var idi. Apardığımız təbliğat işləri nəticəsində bu rəqəm 4 dəfədən çox artıb. Burada ana arının yetişdirilməsi, seleksiyanın aparılması və s. işlər həyata keçirilir", - deyə A.Seyidov əlavə edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-ari-ailelerinin-sayi-500-mini-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR