Lempard Premyer Liqada ən yaxşı seçildi

Lempard Premyer Liqada ən yaxşı seçildi
17:22 8 Noyabr 2019
68 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu məlum olub.

Milli.Az xəbər verir ki, azarkeşlərin, Premyer Liqa klublarının kapitanlarının və mütəxəssislərin ortaq rəyi əsasında "Lester Siti"nin hücumçusu Ceymi Vardi bu ada layiq görülüb. O, yarımmüdafiəçilər - Cek Qriliş ("Aston Villa"), Yuri Tieleman ("Lester Siti"), İlkay Gündoğan "("Mançester Siti"), qapıçı Din Henderson ("Şeffild Yunayted") və cinah oyunçusu Vilyanla ("Çelsi") mübarizədən qalib ayrılıb. Vardi bu ada 4, ya da daha çox nail olan 12-ci futbolçu kimi tarixə düşüb. Premyer Liqada ən çox ayın futbolçusu seçilən isə "Mançester Siti"nin hücumçusu Serxio Aquerodu - 6 dəfə.

Ceymi oktyabrda 3 matçda 4 qol vurub.

Oktyabr ayının ən yaxşı baş məşqçisi isə "Çelsi"ni çalışdıran Frenk Lempard seçilib. "Zadəganlar" ötən ay 3 oyunda 3 qələbə qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR