Gürcüstan prezidenti fond yaradıb

Gürcüstan prezidenti fond yaradıb
18:07 8 Noyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan prezidenti Salome Zurabişvili fond təsis edib.
“Report”un yerli bürosu xəbər verir ki, “Salome Zurabişvilinin Fondu” adlanan təşkilatın Tbilisidə təqdimatı keçirilib.
Mərasimdə çıxış edən dövlət başçısı fondun idarə olunmasında iştirak etməyəcəyini deyib. O, yalnız təşkilatın fəxri təsisçisi olacağını bildirib.
S.Zurabişvili qeyd edib ki, fond Gürcüstan üçün ictimai əhəmiyyət kəsb edən məsələlərin həllini dəstəkləyəcək. Yeni təşkilatın strateji fəaliyyət istiqamətlərinə Uşaq Xərçəngi Mərkəzinin gücləndirilməsi, regional inkişafın təşviqi, Gürcüstan mədəniyyətinin təbliği, ətraf mühit və biomüxtəlifliyin qorunması daxildir.
Fondun bu istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsi üçün mövcud və potensial tərəfdaşların dəstəyi cəlb ediləcək.   


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-prezidenti-fond-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR