Dünyadakı milyarderin sərvəti ötən il azalıb

Dünyadakı milyarderin sərvəti ötən il azalıb
18:12 8 Noyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

2013-2018-ci illərdə dünyadakı milyarderlərin sərvəti 34,5% artaraq 8,5 trilyon ABŞ dollarına, milyarderlərin sayı isə 38,9% artaraq 2 101 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Isveçrənin UBS bankının və Böyük Britaniyanın "PwC" audit şirkətinin birgə hazırladığı hesabatda bildirilir. 
Bununla belə, sənəddə deyilir ki, ötən il milyarderlərin aktivləri 388 milyard dollar azalıb. Azalma bütün regionları əhatə etməyib. Belə ki, Çin və Rusiya milyarderlərinin aktivləri 6% və 2,9% azaldığı halda, ABŞ və Qərbi Avropa milyarderlərinin sərmayələri 0,1% və 19% artıb. 
Hesabat hazırlanarkən 43 ölkənin milyarderinin sərvəti təhlil edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dunyadaki-milyarderin-serveti-oten-il-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR