O hadisə Azərbaycanda baş verib?

O hadisə Azərbaycanda baş verib?
18:27 8 Noyabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın hamilə qaldığı üçün boğazının kəsilərək öldürülməsi haqda video yayılıb. Lakin bu hadisənin Azərbaycanda baş verməsi rəsmi qurumlar tərəfindən təsdiqlənmir.

İlkin məlumatda hadisənin Bakıda, sonra Şəmkir, ardınca isə Beyləqanda olduğu yazılıb.

8-ci sinif şagirdinin başı kəsilib? - POLİSDƏN AÇIQLAMA

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanları bu məlumatı dəqiqləşdirməyə çalışırlar. İlkin olaraq Bakıda və Şəmkirdə belə bir hadisənin qeydə alınmadığı dəqiqləşdirilib. Digər rayonlarla bağlı versiyalar da araşdırılır.

Hüquq-mühafizə orqanları bu videonun montaj olması ehtimalını da gözdən keçirir. Texniklər güman edirlər ki, video başqa bir ölkədə çəkilib, sonradan səs qeydə alınaraq videonun üzərinə montaj olunub. Bu, sadəcə ehtimaldır və hadisənin Azərbaycanın hər hansı bir bölgəsində baş verməsi halı da hüquq-mühafizə orqanlarının yerli idarə rəisləri vasitəsilə araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR