Rusiyadan İrəvana təhqir

Rusiyadan İrəvana təhqir
17:51 16 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Vzqlyad” nəşrinin şərhçisi Yevgeni Krutikov Ermənistanı təhqir edib.

ANS PRESS-in məlumatına görə, rus əsgər Valeri Permyakovun bir erməni ailənin 6 üzvünü qətl etməsi ilə Gümrüdə yerləşən Rusiya hərbi bazası ətrafında yaranmış vəziyyəti şərh edən Krutikov ermənilərin tələblərini əsassız sayıb. O, rus əsgərin mühakimə edilmək üçün Ermənistana verilməsini doğru saymayıb. Bu zaman o, Ermənistanı tanınmamış Abxaziya və Cənubi Osetiya respublikaları ilə eyni tutub. “Yeri gəlmişkən, Rusiyanın Abxaziyadakı və Cənubi Osetiyadakı bazalarının hərbi qulluqçuları mütləq immunitetə malikdir və heç bir halda yerləşdikləri ölkənin hakimiyyətinin yurisdikasiyasına düşmür”, - deyə şərhçi vurğulayıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR