Küçədə boğazı kəsilən qadın sağdır

Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın hamilə qaldığı üçün boğazının kəsilərək öldürülməsi haqda video yayılıb.

Metbuat.az xəbər verir ki,"Qafqazinfo" hadisə ilə bağlı təfərrüatları öyrənib.

Belə ki, boğazı kəsilən 8-ci sinif şagirdi yox, 1977-ci il təvəllüdlü M.Natavandır.

Hadisə Gəncənin Boyan küçəsində baş verib. Belə ki, oktyabrın əvvəllərində 4 uşaq anası olan Natavan küçədə sevgilisi Məhərrəm Sirati tərəfindən bıçaqlanıb. O, qadına yaxınlaşaraq arxadan bir neçə bıçaq zərbəsi vurub.

Həmin gün xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır olsa da, həkimlər onun həyatını xilas edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR