“Kəklikotu” komediyası TV-də nümayiş olunacaq

“Kəklikotu” komediyası TV-də nümayiş olunacaq
20:12 8 Noyabr 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

“Cinemazadeh” studiyasının istehsalı olan, Azərbaycan kino tarixinin ən çox baxış sayı toplamış çoxdan gözlənilən “Kəklikotu” macəra komediyası noyabrın 15-i saat 21:45-də "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının kanalında (ATV) yayımlanacaq.
"Report" xəbər verir ki, filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor təqdim olunub.
Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorlar - Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri - Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operator Rəşad Qarayev, bəstəkar Rüstəm Zeynalov, müsiqi üzrə direktor Aynur Axundzadə, icraçı prodüser Tural Əsədov və Xətai Əlidir.
Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıblar.
Flimdə meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu deyilmiş. Milyonla ölçülən həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.



Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/keklikotu-komediyasi-tv-de-numayis-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR