Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...

Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
21:43 8 Noyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistanın həbsdə olan eks-prezidenti Robert Köçəryanın “Sputnik Ermənistan” da (Rusiyanın agentliyi həbsdə olan şəxsin ruporuna çevrilib) yayımlanan məqaləsi baş nazir Nikol Paşinyanın Qarabağ danışıqlarında səhvlərinin sadalanması üzərində qurulub”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

“Köçəryan qatı düşmənimiz olsa da, məqaləsində göstərdiyi tezislərin xeyrimizə olduğunu vurğulamaq lazımdır. Bir şərtlə ki, həmin tezislərdən öz məqsədlərimiz üçün istifadə edə bilək”,- politoloq qeyd edib.

Robert Köçəryanın qələmə aldığı "Ermənistan pis ssenarilərə hazırdırmı? Robert Köçəryan Paşinyan, Qarabağ və Rusiya haqqında" adlı məqalənin orijinalı ilə buradan tanış ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/295586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR