Səngəçalda yük maşını ilə avtomobil toqquşub: xəsarət alanlar var

Səngəçalda yük maşını ilə avtomobil toqquşub: xəsarət alanlar var
22:03 8 Noyabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yük maşını ilə minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səngəçal magistral yolunda qeydə alınıb.

Belə ki, "KaMAZ"la minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Həsənov Cavanşir İbrahim oğlu, 1959-cu il təvəllüdlü Ayvazova Mirvari İsa qızı və 2003-cü il təvəllüdlü İsayeva Aysa Zaur qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

H.Cavanşirə və A.Mirvariyə qapalı kəllə-beyin travması, İ.Aysaya isə üst dodağının əzilmiş yarası diaqnozları qoyulub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/295600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR