BDU tələbələri 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar yürüş ediblər (FOTO)

BDU tələbələri 9 noyabr -  Dövlət Bayrağı günü ilə əlaqədar yürüş ediblər (FOTO)
22:36 8 Noyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar universitetin ərazisində yürüş keçirilib.Universitetin tələbələri şanlı tarix yolu keçmiş üçrəngli bayrağımız ilə universitetin həyətində yürüş ediblər.

Universitetdən Trend-ə verilən məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanması olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3146253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR