"KamAZ"dan yıxılıb xəstəxanalıq oldu

"KamAZ"dan yıxılıb xəstəxanalıq oldu
23:12 8 Noyabr 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

62 yaşlı kişi yük maşının üstündən yıxılaraq ağır xəsarət alıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mingəçevirdə baş verib.

Belə ki, şəhər sakini Əsədulla Məhərrəmov "KamAZ" markalı maşının yük yerinin üstünə örtük çəkən zaman ehtiyatsızlıqdan həmin hissədən düşüb. Müxtəlif bədən xəsarətləri alan yaşlı kişi xəstəxanaya çatdırılıb. Onun baş və bədən nahiyəsindən ağır xəsarətlər aldığı müəyyən edilib. Ə.Məhərrəmov Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/800903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR