“Fənərbaxça” – “Kasımpaşa” matçında GƏRGİNLİK: baş məşqçi futbolçusunu qovdu və...

“Fənərbaxça” – “Kasımpaşa” matçında GƏRGİNLİK: baş məşqçi futbolçusunu qovdu və...
23:58 8 Noyabr 2019
97 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqası çərçivəsində keçirilən “Fənərbaxça” – “Kasımpaşa” oyununda insident yaşanıb.

Publika.az xəbər verir ki, qırmızı kart alan “Kasımpaşa”nın oyunçusu Kərim Hafiz ilə baş məşqçi Kamal Özdeş arasında mübahisə olub.

Baş məşqçi cəza alandan sonra yaşıl meydanı tərk etməyən futbolçunu itələyərək soyunma otağına göndərib.

“Fənərbaxça”nın penaltidən vurduğu qolsan sonra baş hakim Ali Palabıyıka alqışla reaksiya verən Hafiz sarı kartla cəzalandırılıb. Bundan sonra da hakimi alqışlamağa davam edən futbolçu daha bir sarı kart alaraq meydandan qovulub.

Qeyd edək ki, matç 3:2 hesabı ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/295612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR