Bakıda bir neçə nəfər 16 yaşlı yeniyetməni döydü

Bakıda bir neçə nəfər 16 yaşlı yeniyetməni döydü
01:33 9 Noyabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.

Hadisə Nərimanov parkında qeydə alınıb. Belə ki, 16 yaşlı Əhmədov İlham Bayram oğlu tanımadığı şəxslərlə mübahisə zəmnində döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, İ.Əhmədov park ərazisində olarkən bir neçə nəfər ona söz atıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/295621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR