Xətaidə sürücü avtomobilini dirəyə çırpıb, xəsarət alan var

Xətaidə sürücü avtomobilini dirəyə çırpıb, xəsarət alan var
04:32 9 Noyabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda növbəti yol nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.
Belə ki, 1995-ci ol təvəllüdlü Seyidov Darvin Məhəmməd oğlu ona məxsus olan avtomobillə idarəetməni itirib. 
Avtomobil səkidəki dəmir dirəyə dəyərək dayanıb. 
Qəzada yaralanan sürücü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona açıq kəllə beyin travması diaqnozu qoyulub. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xetaide-surucu-avtomobilini-direye-cirpib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR