77 yaşlı milyarder Maykl Blumberq prezident olmaq istəyir

77 yaşlı milyarder Maykl Blumberq prezident olmaq istəyir
05:47 9 Noyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq Alabamada keçirilən ilkin seçkidə ABŞ Demokrat Partiyasından namizəd kimi qeydə alınması üçün müraciət edərək sənədlərini təqdim edib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat Demokratik Partiyanın Alabamadakı nümayəndəliyinin saytında yerləşdirilib.
Qeyd olunub ki, Alabamada ilkin seçki 2020-ci il 3 mart tarixinə təyin edilib.
Prezident seçkilərində rəqibi Donald Trumpın adını daşıyacaq Demokratik Partiyanın Milli Konqresinə 52 nümayəndə seçəcəklər.
2002-ci ildən 2013-cü ilə qədər Blumberq Nyu-Yorkun meri vəzifəsində çalışıb.
Milyarder ABŞ-ın ən varlı adamlarından biri hesab olunur. “Forbes” jurnalının son hesablamalarına görə, onum sərvəti 52 milyard dolları ötüb.
77-летний миллиардер хочет стать президентом


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/77-yasli-milyarder-maykl-blumberq-prezident-olmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR