Avstraliyada meşə yanğınlarında 30-dan çox insan xəsarət alıb

Avstraliyada meşə yanğınlarında 30-dan çox insan xəsarət alıb
05:50 9 Noyabr 2019
117 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avstraliyanın şərq sahillərini əhatə edən genişmiqyaslı meşə yanğınlarında 30-dan çox insan xəsarət alıb, daha 3 nəfər isə itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının regional yanğınsöndürmə xidməti bildirib.

Bildirilir ki, yanğınlar nəticəsidnə ən azı 100 ev dağılıb.

Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, bölgə ərazisində 77 meşə yanğınları qeydə alınıb, onlardan 42-i lokallaşdırılmamış qalır. 17 ştat üçün fövqəladə vəziyyət barədə xəbərdarlıq verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3146294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR