“Toshiba” korporasiyası “Əşyalar interneti” bazarında ittifaq yaradır

“Toshiba” korporasiyası “Əşyalar interneti” bazarında ittifaq yaradır
07:12 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Toshiba" korporasiyası "Əşyalar interneti (IoT)" bazarında ittifaq yaratdığını elan edib. Yeni ittifaqa 100-dən çox şirkət, həmçinin "SoftBank Group" və "KDDI" kimi nəhəng şirkətlər daxil edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "ifLink Open Community" adlandırılmış yeni təşkilatın iştirakçıları "Toshiba" korporasiyasının 2020-ci ilin yazında istifadəyə verilməsi planlaşdırılan "IoT" platformasını dəstəkləyəcəklər.

İttifaqın tərkibinə daxil olan şirkətlər "IoT" xidmətlərini sıfırdan yaratmalı olmayacaqlar: əlçatan olacaq platforma sayəsində rəqib şirkətlərin həllərinin birləşdirilməsi hesabına məhsul prototipini bir-iki günə hazırlamaq mümkün olacaq. Belə yanaşma sayəsində məhsulların kommersiya bazarına çıxarılmasını sürətləndirmək mümkündür.

"Toshiba" korporasiyası tərəfindən irəli sürülmüş təşəbbüsün tərəfdarları bildiriblər ki, ittifaq mövcud texnologiyaları yeni üsullarla birləşdirməyə kömək etməlidir. Məsələn, muzeyə giriş qapısının qarşısında çəkini müəyyənləşdirən datçikdən istifadə edilməsini nümunə göstərmək olar. Ziyarətçi gəldiyini qeydə alan datçik avtomatik tövsiyə təklif etməyə kömək edəcək.

"Toshiba" korporasiyası, həmçinin istehlakçılar üçün ittifaq üzvləri tərəfindən hazırlanmış məhsulların təqdim ediləcəyi sayt hazırlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR