Noyabrın 9-da Putin Ərdoğanla telefon danışığı aparacaq

Noyabrın 9-da Putin Ərdoğanla telefon danışığı aparacaq
08:17 9 Noyabr 2019
80 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da telefon danışığı aparacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TASS, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata istinadən, təsdiq edib.

"Yeni Şafak" qəzetinin verdiyi xəbərdə, R.T.Ərdoğan daha əvvəl V.Putinlə noyabrın 9-da telefon danışıqları aparacağını söyləmişdi.

Noyabrın 7-də R.T.Ərdoğan Rusiya lideri ilə Suriyadakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirib. Türkiyə Prezidentinin sözlərinə görə, Ankara əldə olunmuş razılaşmalara əsasən öhdəliklərin özünə aid hissəsini sonuna qədər yerinə yetirəcək. Həmin gün Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, liderlər Türkiyə tərəfinin sorğusu ilə tezliklə telefon danışığı apara bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR