Videokartlar üçün ən sürətli yaddaş modulu nümayiş olunub

Videokartlar üçün ən sürətli yaddaş modulu nümayiş olunub
08:22 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Rambus" şirkəti rekord buraxılış qabiliyyətinə malik "GDDR6" tipli yaddaş modulu hazırlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, yeni çiplər 18 Qbit/saniyə buraxılış qabiliyyətinə malikdir. Bu, "DDR4" operativ yaddaş standartından 5 dəfə sürətlidir. Müqayisə üçün qeyd edək ki, hazırda standartın ən yüksək həddi 16 Qbit/saniyə təşkil edir. Yeni qurğunun arxitekturasına təkcə xanalı modul deyil, həm də xüsusi kontroller daxildir. Çoxkanallı həllər tərkibində pik məlumat mübadilə sürəti 72 Qbit/saniyəyə çatır.

Şirkət nümayəndələri qeyd edir ki, yeni yaddaş tipinə tələbat ilk növbədə peşə fəaliyyətində fərdi kompüterdən maksimal məhsuldarlığın tələb olunduğu dizayner və tərtibatçılar arasında olacaq. Belə modullar neyroşəbəkələrin, avtonom avtomobil idarəetmə sistemlərinin yaradılmasında, eləcə də oyun sənayesində istifadə oluna bilər.

Modulların satışa çıxarılma vaxtı və qiyməti hələ ki açıqlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR