Rusiyada qəzaya düşən azərbaycanlılarla bağlı Səfirlikdən AÇIQLAMA

Cari ilin 4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən və soydaşlarımızı daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Metbuat.az bildirir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyə bu haqda məlumat daxil olan kimi, dərhal yerli polis orqanı, səhiyyə ocağı və Rusiya xarici işlər nazirliyinin Mineralnıye vodı şəhərindəki nümayəndəliyi ilə operativ əlaqə saxlanılıb. Sözügedən qurumların verdiyi məlumata əsasən, qəza nəticəsində 8 nəfər soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıblar (siyahı əlavə olunur). Onlardan iki nəfər: Babaşah Həşimovun və Şəhla Abdullayevanın vəziyyəti ağırdır, onlar reanimasiya şöbələrinə yerləşdirilib və həkim nəzarətindədirlər.

Bundan əlavə, yerli diaspor üzvləri ilə də əlaqə saxlanılaraq soydaşlarımıza bütün lazımi köməkliyin göstərilməsi və əlavə yardıma ehtiyac yarandığı təqdirdə Səfirliyə məlumat verilməsi xahiş edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR