Prezidentə qarşı etiraz aksiyalarında NADİR HADİSƏ: polislər xalqın tərəfinə keçdi

Prezidentə qarşı etiraz aksiyalarında NADİR HADİSƏ: polislər xalqın tərəfinə keçdi
09:03 9 Noyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Boliviyada prezident Evo Moralesin qalib gəldiyi seçkilərdə hiyləyə əl atıldığı iddiası ilə başlanan etiraz aksiyalarında şok gəlişmə yaşanıb.

Publika.az xəbər verir ki, bəzi şəhələrdə polislər müxalif aksiyaçılara qoşulub.

Ölkə mətbuatının xəbərlərinə görə, Sukr, Santa Kruz və Kokabamba şəhərinin polisləri Moralesin hakimiyyətinə qarşı ayağa qalxıb. Müdafiə naziri Xavyer Zabaleta məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada etirazçı polislərə qarşı ordudan istifadə edilməyəcəyini, sözügedən şəxslərə qarşı elə polis qüvvələrinin göndəriləcəyini deyib.

Qeyd edək ki, seçkilərdə Morales 47,8% səslə qalib gəlmiş, rəqibi sabiq prezident Karlos Mesa isə 36,51% səs toplamşdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/295625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR