Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı

Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
09:52 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Hollivud ulduzu Şeron Stoun Berlində keçirilən mükafatlandırma mərasimində diqqətləri üzərinə çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Əsas instinkt" filmi ilə ulduzu parlayan sənətçi, həmin ekran işində məşhur olan bir səhnəni canlandırıb. Stula oturan 61 yaşlı aktrisanın bir ayağını digərinin üstünə aşırması tamaşaçıları həyəcanlandırıb.

"27 il öncə çəkilən filmdə rejissor "Alt paltarın görünür, onu çıxar, mənə ver. Bu səhnədə alt paltarın görünməməlidir" dedi. Razılaşdım. O epizodun həyatımı dəyişdirəcəyi ağlıma gəlməzdi" deyib.

Qeyd edək ki, sözügedən filmdə Katerina obrazını canlandıran Stoun polisin diqqətini dağıtmaq üçün alt paltarı olmadan bir ayağını digərinin üzərinə atmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR