Ramil Şeydayev üçün yeni baş məşqçi

Ramil Şeydayev üçün yeni baş məşqçi
10:27 9 Noyabr 2019
68 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiya "Dinamo"nun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Kirill Novikov təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Xoxlovun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini məhz K.Novikov yerinə yetirirdi.

Xatırladaq ki, Moskva təmsilçisi 15 turdan sonra 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR