Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
10:52 9 Noyabr 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərarla "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında"ın 1.4-cü bəndi yeni redaksiyada verilib.

Yeni dəyişikliyə əsasən, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

Qərarın bundan əvvəlki variantınad qeyd edilmişdi ki, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR