“Emirates Group”un gəlirləri 8% artıb

“Emirates Group”un gəlirləri 8% artıb
11:32 9 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

"Emirates Group" 2019-2020-ci maliyyə ilinin yarımillik nəticələrini açıqlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, cari altı ayda (aprel - oktyabr) keçən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 8% artaraq 14,5 mlrd dollar, xalis mənfəəti isə 320 mln dollar olub.
Məlumata görə, mənfəətin artmasının əsas səbəbi yanacağın qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə 9% enməsi olub, lakin bu qazanc mənfi məzənnə dəyişiklikləri ilə qismən bərabərləşib.
2019-cu ilin oktyabr ayının 1-nə “Emirates Group”un nağd pul mövqeyi cari ilin aprelin 1-nə nisbətən 5% artaraq 6,3 mlrd dollar olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/emirates-group-gelirleri-8-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR