Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
12:22 9 Noyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər. 
"Report"un "The Morning Consult" nəşrinə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək. 
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İngiltərə "Liverpul"udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinin-finali-abs-da

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR