Roza efirdə özündən çıxdı: "Oğlanı diz çökdürüb, vurur"

Roza efirdə özündən çıxdı: "Oğlanı diz çökdürüb, vurur"
13:05 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olan gəncin diz çökdürüldüyü görüntüdə yer alanlar "Bizimləsən" verilişinin müzakirə obyektinə çevrilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bərdədə yaşanan hadisədə bir kişi azyaşlı oğlanı diz çökdürüb, onu hədələyib və özünə qeyri-etik sözlər deməsini məcbur edib. Hər iki ailə verilişə qatılaraq yaşananlarla bağlı danışıb.

Proqramda qonaq olan müğənni Roza Zərgərli gənci təhqir edən Arif adlı şəxslə qalmaqal yaşayıb. İfaçı proqram zamanı əsəblərinə hakim ola bilməyib:

"Barışıq məqsədilə insanı evinə çağırırsan. Amma gənci diz üstə qoyursan, oğlun da onu vurur. Nə haqla bunu edirsən? Sən hansı millətdənsən? Mənim millətimin vətəndaşı başqa uşağa sitəm eləməz. Mənim başıma bu gəlsəydi, araşdırardım. Bu uşağın günahı yoxdur".

Onlar arasında mübahisə reklam fasiləsində də davam edib. Roza kişiyə "Mənim oğlum elə söz desəydi, sən heç nə edə bilməzdin. Mən olan yerdə heç bir şey etməzdin. Özünə bunları yaraşdırmamalıydın. Onu da ana doğub" sözlərini deyərək, səsini ucaldıb. Ətrafdıkar müğənnini sakitləşdirməyə çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/800986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR