Tbilisidə “Azərbaycan bayrağı” fləşmobu keçirilib

Tbilisidə “Azərbaycan bayrağı” fləşmobu keçirilib
13:37 9 Noyabr 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbiri Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi təşkil edib.
Fləşmob çərçivəsində muzeyin qarşısında yerləşən parkda azərbaycanlı və gürcü uşaqlar Azərbaycan bayrağı və Azərbaycan-Gürcüstan dostluğuna aid rəsmlər çəkiblər. Azərbaycan bayrağına rəsmlərlə sevgisini ifadə edən uşaqlar M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvləri olublar.
Aksiyanın sonunda uşaqlar böyük ölçüdə olan Azərbaycan bayrağını dalğalandırıblar. Fləşmob çərçivəsində muzeyin ətrafında Tbilisi sakinləri və qonaqlara kiçik ölçüdə Azərbaycan bayraqları paylanılıb.
Muzeyin rəhbəri Əliyeva Leyla “Report”a bildirib ki, aksiyanın keçirilməsi dünyada yaşayan azərbaycanlıların birlik simvolu olan Azərbaycan bayrağına sevgi və hörməti nümayiş etdirmək məqsədi daşıyıb.








Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/tbiliside-azerbaycan-bayragi-flesmobu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR