İrandakı zəlzələ nəticəsində yaralananların sayı artıb

İrandakı zəlzələ nəticəsində yaralananların sayı artıb
13:52 9 Noyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 8-nə keçən gecə İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 529 nəfərə çatıb.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin tibbi yardım və fövqəladə halların qarşısının alınması mərkəzinin rəhbəri Fərzəd Rəhmani məlumat verib. 
O, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyünü, 529 nəfərin də xəsarət aldığını, bunlardan da 31 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Xatırladaq ki, 5,9 maqnitudalı zəlzələnin mərkəzi Təbrizin 156 kilometr cənub-şərqində yerləşir. Zəlzələnin ocağı EMSC-nin məlumatına görə 62 kilometr, yerli tədqiqatçıların fikrincə isə 8 kilometr dərinlikdə yerləşir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randaki-zelzele-neticesinde-yaralananlarin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR