“Aqrar İnkişaf Könüllüləri”nə sertifikatlar təqdim olunub

“Aqrar İnkişaf Könüllüləri”nə sertifikatlar təqdim olunub
14:17 9 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Aqrar Xidmətlər Agentliyində (AXA) könüllülük fəaliyyətini uğurla başa vurmuş “Aqrar İnkişaf Könüllüləri” ilə görüş keçirilib.
Qurumdan “Report”a verilən məlumata görə, tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev, Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə iştirak edib.
Məlumata görə, “AXA“sədri Seymur Mövlayev bildirib ki, “Aqrar İnkişaf Könüllüləri” təşkilatının yaranmasında əsas məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməkdən ibarətir.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov könüllülərə təqdim edilən sertifikatların əhəmiyyətinə toxunub. Bildirib ki, bu sertifikatlar məzun aqrar könüllülərin gələcəkdə karyera qurmasında, həmçinin aqrar sahədə müvafiq ixtisaslar üzrə işlə təmin edilməsində mühüm rol oynayacaq.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə könüllülərin AXA-da yüksək səviyyədə təcrübə keçdiklərinə və yaradılan əlverişli şəraitə görə rəhbərliyə təşəkkür edib. O, qazanılmış təcrübənin gələcəkdə aqrar sahədə fəaliyyət göstərəcək gənclərin karyera imkanlarını genişləndirdiyini diqqətə çatdırıb.
Məzun könüllülər “AXA”da fəaliyyət göstərdikləri müddət ərzində müvafiq təcrübələr qazandıqlarını, xüsusilə sorğuların keçirilməsi, fermerlərlə ünsiyyətin qurulması ilə bağlı vərdişlərə yiyələndiklərini, informasiya texnologiyaları sahəsində zəruri biliklərə yiyələndiklərini qeyd ediblər.
Xatırladaq ki, tədbirin sonunda 18 məzun könüllüyə sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/aqrar-i-nkisaf-konulluleri-ne-sertifikatlar-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR